Çempionlar Liqası: Almaniya və İngiltərədə vacib görüşlərbackend

Çempionlar Liqası: Almaniya və İngiltərədə vacib görüşlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna start veriləcək.

İnterpress.az xəbər verir ki, III turda üzləşən komandalar bu dəfə yenidən qarşılaşacaqlar.

Gecənin maraqla gözlənilən matçı Almaniyanın Dortmund şəhərində olacaq. Burada “Borussiya” Milan “İnter”ini qəbul edəcək. Görüş qrup ikincisini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Hazırda hər iki komanda eyni xala malikdir. Milandakı görüşdə İtaliya klubu 2:0 qalib gəldiyindən şəxsi göstəricidə üstünlüyə malikdir.

Həmçinin, Londonda baş tutacaq “Çelsi” – “Ayaks” oyunu eyni dərəcədə maraq daşıyacaq. Çünki eyni xala malik iki komanda, böyük ehtimalla, bu görüşlə qrup liderini müəyyənləşdirəcək. Amsterdamda baş tutan ilk matçda “Çelsi” 1:0 qalib gəldiyindən, İngiltərə təmsilçisi hazırda üstündür.

E qrupu

00:00 “Liverpul” (İngiltərə) – “Qenk” (Belçika)
Baş hakim: İvan Kruzlyak (Slovakiya)

00:00 “Napoli” (İtaliya) – “Zalsburq” (Avstriya)
Baş hakim: Şimon Martsinyak (Polşa)

1. Napoli 7
2. Liverpul 6
3. Zalsburq 3
4. Qenk 1

F qrupu

21:55 “Barselona” (İspaniya) – “Slavia” (Çexiya)
Baş hakim: Maykl Oliver (İngiltərə)

00:00 “Borusiya” (Dortmund, Almaniya) – “İnter” (İtaliya)
Baş hakim: Dani Makelie (Hollandiya)

1. Barselona 7
2. İnter 4
3. Borusiya 4
4. Slavia 1

G qrupu

21:55 “Zenit” (Rusiya) – “Leypsiq” (Almaniya)
Baş hakim: Orel Qrinfeld (İsrail)

00:00 “Lion” (Fransa) – “Benfika” (Portuqaliya)
Baş hakim: Byörn Kuypers (Hollandiya)

1. Leypsiq 6
2. Zenit 4
3. Lion 4
4. Benfika 3

H qrupu

00:00 “Valensya” (İspaniya) – “Lill” (Fransa)
Baş hakim: Sergey Karasyov (Rusiya)

00:00 “Çelsi” (İngiltərə) – “Ayaks” (Hollandiya)
Baş hakim: Canluka Rokki (İtaliya)

1. Çelsi 6
2. Ayaks 6
3. Valensya 4
4. Lill 1