Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



İş gününü azaltdılar, məhsuldarlıq çoxaldı

Texnologiya nəhəngi “Microsoft” Yaponiyadakı filialının istirahət gününü üç günə qədər artırdıqdan sonra məhsuldarlıq təxminən 40 faiz artıb.

Dərc edilib: 5 noyabr 2019 [14:12]
Baxış sayı: 1116

Texnologiya nəhəngi “Microsoft” Yaponiyadakı filialının istirahət gününü üç günə qədər artırdıqdan sonra məhsuldarlıq təxminən 40 faiz artıb.

Belə ki, bir ay davam edən sınaqda şirkətin 2300 işçisinin istirahət gününə əlavə olaraq cümə günləri də daxil edilib.

Nəticədə, işçilərin 25 faizinin daha az icazə istədiyi, elektrik enerjisindən istifadənin 23 faiz daha az olduğu, printerlərin isə 59 faiz az istifadə edildiyi müəyyən olunub.

Qeyd edək ki, Yaponiya dünyada iş saatlarının ən çox olduğu və buna görə ən çox ölüm hallarının yaşandığı ölkədir.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201