Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycanın şəhərləri arasında gecələr reallaşdırılan avtobus reyslərinin sayı artırılacaq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Azərbaycanın şəhərləri arasında gecələr reallaşdırılan avtobus reyslərinin sayını artıracaq. 

Dərc edilib: 5 noyabr 2019 [15:50]
Baxış sayı: 1380

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Azərbaycanın şəhərləri arasında gecələr reallaşdırılan avtobus reyslərinin sayını artıracaq. 

Bu barədə “Report”un sorğusuna cavab olaraq qurumdan bildirilib. 

Məlumata görə, yenilik gələn ilin mart ayından olacaq: "Hazırda Bakıdan Gəncə, Qırmızı Körpü, Mingəçevir, Şəki istiqamətlərində gecə reysləri həyata keçirilir. Daha 5 regionun bu siyahıya əlavə edilməsi nəzərdə tutulub". 

Xatırladaq ki, bu ilin oktyabrın 1-dən Bakıdan regionlara gecə reysləri bərpa olunub. Bu addım 10 illik fasilədən sonra atılıb. 






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201