Göyçayda ağır qəza: dörd yaralıbackend

Göyçayda ağır qəza: dörd yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

İnterpress.az xəbər verir ki, rayon mərkəzində “QAZel” markalı yük maşını ilə “VAZ-2106” markalı avtomobil toqquşub.

Qəzada xəsarət alanların olduğu bildirilib.

Səhiyyə Nazirliyindən hadisə ilə bağlı verilən açıqlamada yol nəqliyyat hadisəsi nəticəsində dörd nəfərin müxtəlif bədən xəsarətləri aldığı qeyd olunub:

“Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan dörd nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan üç nəfərə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

Yaralılardan biri isə çanaq, burun və əlin sınıqları diaqnozu ilə travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər”.