Bakıda iki nəfərdən 17 kq marixuana götürülübbackend

Bakıda iki nəfərdən 17 kq marixuana götürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb.

İnterpress.az xəbərinə görə, hadisə Xəzər və Sabunçu rayon ərazilərində baş verib.

Belə ki, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Ə.Ağayevdən 9 795 qram marixuana aşkar edilərək götürülüb.

Bundan başqa, Sabunçu RPİ-nin 14-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbəsində yaşayan 1979-cu il təvəllüdlü C.Hüseynovu saxlayıb.

Onun üzərinə baxış keçirilən zaman 7 400 qram marixuana aşkar edilərək götürülüb.