Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Libertadores Kubokunun final oyununun yeri və vaxtı dəyişdirilib

Futbol üzrə Libertadores Kubokunun final oyununun yeri və vaxtı dəyişdirilib.

Dərc edilib: 6 noyabr 2019 [11:20]
Baxış sayı: 1364

Futbol üzrə Libertadores Kubokunun final oyununun yeri və vaxtı dəyişdirilib.

İnterpress.az Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) rəsmi saytına istinadən xəbər verir ki, həlledici qarşılaşma Perunun paytaxtı Limada keçiriləcək. Dəyişkliyə səbəb Çilinin paytaxtı Santyaqoda oktybarın 14-dən hökumətin sosial-iqtisadi sahədə yürütdüyü siyasətə qarşı başlayan və iğtişaşlara səbəb olan etiraz aksiyalarıdır.

Braziliyanın “Flamenqo” və Argentinanın “River Pleyt” komandaları arasında baş tutacaq görüş noyabrın 24-də deyil, 1 gün əvvəl keçiriləcək.

Qeyd edək ki, ötən mövsüm Argentinanın “Boka Xuniors” və “River Pleyt” komandalarının finalçısı olduğu turnirin qalibi iki oyunun nəticəsinə əsasən müəyyənləşib. “Boka Xuniors”un meydanında keçirilmiş ilk matç heç-heçə ilə yekunlaşıb - 2:2.

Cavaq oyunu “River Pleyt” azarkeşlərinin qonaq komandanın avtobusuna hücum etmələri üzündə baş tutmayıb. Daha sonra matçın yeri dəyişdirilib və İspaniyada “Real Madrid”ə məxsus “Santyaqo Bernabeu” stadionuna salınıb. Burada “River Pleyt” 3:1 hesabı ilə qalib gəlib.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201