Avtoservis ustası maşın oğurladıbackend

Avtoservis ustası maşın oğurladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 5-də saat 3 radələrində paytaxtın Nizami rayonu ərazisindəki avtoservislərin birindən Bakı şəhər sakini A.Xəlilova məxsus “Mercedes” markalı avtomobil qaçırılıb və Xəzər rayonunun Binə qəsəbəsi ərazisində idarə edilərkən işıq dirəyinə vurulub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, həmin avtoservisdə usta işləyən Ə.Əliyev saxlanılıb.