Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



"Napoli"nin futbolçuları klubun bazasına qayıtmaqdan imtina ediblər

İtaliyanın “Napoli” komandasının futbolçuları UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin IV turunda evdə Avstriya təmsilçisi “Zaltsburq”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra klubun bazasına qayıtmaqdan imtina ediblər.

Dərc edilib: 6 noyabr 2019 [14:17]
Baxış sayı: 1746

İtaliyanın “Napoli” komandasının futbolçuları UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin IV turunda evdə Avstriya təmsilçisi “Zaltsburq”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra klubun bazasına qayıtmaqdan imtina ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Tankredi Palmeri “Twitter” hesabında yazıb. Onun sözlərinə görə, Neapol təmsilçisinin prezidenti Aurelio De Laurentis nəticələrdən narazı olduğu üçün futbolçularını bu həftənin sonuna qədər bazaya qapatdığını açıqlasa da, oyunçular bu qərar riayət etməyiblər.

Matçdan sonra kapitan Lorentso İnsinye klub rəhbərinin oğluna yaxınlaşaraq bunları deyib: “Biz evə yollanırıq. Get, atana söylə”.

Qeyd edək ki, “Zaltsburq”la görüşdən sonra “Napoli”nin baş məşqçisi Karlo Ançelotti mətbuat konfransına qatılmayıb. 60 yaşlı mütəxəssis heç bir səbəb göstərmədən matçın yayımçı telekanalı üçün məcburi sayılan müsahibəyə də gəlməyib. Ançelotti və futbolçular görüşdən dərhal sonra stadionu tərk ediblər. Onların davranışlarına səbəb kimi yaxınlarda məşq prosesinə müdaxilə edən klub prezidenti ilə münasibətlərdəki gərginlik göstərilir.

ÇL-də E qrupunda yer alan “Napoli” 8 xalla 2-ci yerdədir. A Seriyasında 18 xalla 7-ci sırada qərarlaşan neapollular noyabrın 9-da XII tur çərçivəsində evdə “Cenoa” ilə qarşılaşacaq.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201