Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



ATƏT sədri Minsk qrupunun həmsədrləri ilə Dağlıq Qarabağı müzakirə etdi - FOTO

Slovakiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

Dərc edilib: 7 noyabr 2019 [10:03]
Baxış sayı: 1138

Slovakiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

Slovakiya XİN-in rəsmi saytı xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri müzakirə olunub.

Görüşdə Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti, ABŞ-dan Endryu Şoffer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər.


“Məmnunam ki, həmsədrlər tərəflərlə birlikdə gərginliyin azaldılması və barışığa şərait yaradan gələcək tədbirlər barədə müzakirələri davam etdirirlər. Slovakiya bi işdə öz köməyini əsirgəməyəcək”, - deyə ATƏT sədri bildirib.

Görüşdə, həmçinin dekabrın 5-6-da Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək ATƏT-in Xarici İşlər Nazirləri Şurasına hazırlıq müzakirə edilib.

ATƏT sədri Minsk qrupunun həmsədrləri ilə Dağlıq Qarabağı müzakirə etdi - FOTO

ATƏT sədri Minsk qrupunun həmsədrləri ilə Dağlıq Qarabağı müzakirə etdi - FOTO






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201