Bakıda kişi avtomobillə vurduğu qadını öz qohumunun evinə apardı – Piyada evdə öldübackend

Bakıda kişi avtomobillə vurduğu qadını öz qohumunun evinə apardı – Piyada evdə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İnterpress.az-ın xəbərinə görə, hadisə noyabrın 6-da paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini Nurlan Ağazadə idarə etdiyi “VAZ-2107” markalı avtomobili ilə Ramana qəsəbəsi, Ə.Bağırov küçəsi ilə Ramana qalası istiqamətində hərəkətdə olan zaman yolu keçmək istəyən paytaxt sakini, 1987-ci il təvəllüdlü Elyanə Məmişovanı vurub.

Daha sonra sürücü qadını avtomobili ilə Ramana qəsəbəsində yaşayan qohumu Xəyalə Musayevanın evinə aparıb, orada təcili tibbi yardım çağırıb. Təcili tibbi yardım gələn zaman E.Məmişova ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.