Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Ərdoğan: "Terrorçular Suriyadakı təhlükəsizlik bölgəsindən çıxmayıb"

"İŞİD tərəfdarı olan 76000 nəfərin Türkiyəyə girişi qadağan edilib, 7550 İŞİD üzvü ölkəmizdən deportasiya olunub. Hazırda Türkiyənin həbsxanalarında 1049 İŞİD-çı saxlanılır".

Dərc edilib: 7 noyabr 2019 [12:05]
Baxış sayı: 1673

"İŞİD tərəfdarı olan 76000 nəfərin Türkiyəyə girişi qadağan edilib, 7550 İŞİD üzvü ölkəmizdən deportasiya olunub. Hazırda Türkiyənin həbsxanalarında 1049 İŞİD-çı saxlanılır".

İnterpress.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstana səfərindən əvvəl keçirdiyi məbuat konfransında bildirib.

Onun sözlərinə görə, Suriyadakı qaçqın düşərgələrindən Türkiyəyə qaçan 270 İŞİD-çi tutulub.

Suriyadakı təhlükəsizlik bölgədəki vəziyyətdən danışan Türkiyə prezidenti deyib ki, ABŞ-la əldə edilən razılşamaya əsasən, terrorçu PKK/YPG-PYD 120 saat ərzində təhlükəsizlik bölgəsindən çıxmalı idi: "Rusiya ilə əldə edilən razılaşmaya görə 150 saata terrorçular bölgənin tərk etməli idi. Ancaq indiyədək terrorçular bölgədədir. Onlar Suriya Milli Ordusuna hücum edirlər. Ötən gün Milli Ordunun 11 döyüşçüsü şəhid olub. Qarşı tərəf bundan da artıq itki verib".

R.T.Ərdoğan vurğulayıb ki, Türkiyə "Barış pınarı" antiterror əməliyyatı ilə bəzi dairələrin 8 ildir hazırladığı planı 8 gündə darmadağın paramparça edib.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 208