Misir tanınmış jurnalisti azad etdibackend

Misir tanınmış jurnalisti azad etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az BBC-yə istinadən xəbər verir ki, keçmiş BBC müxbiri, avstraliyalı Peter Greste 2013-cü ilin dekabr ayında həbs edilmişdi.

İyunda o, və əl-Cəzirə kanalının iki digər müxbiri – Mohamed Fahmy və Baher Mohamed – yalan xəbər yaymaq və digər ittihamlara görə azadlıqdan məhrum edilmişdi. Greste və Fahmy 7 il, Mohamed isə 10 illik həbs cəzası almışdılar.

Prezident ofisindəki mənbələrə əsasən cənab Fahmy-nin Misir vətəndaşlığı ləğv olunub və o, Kanadaya deportasiya ediləcək.

Jurnalistlərin hamısı ittihamları rədd edib məhkəmənin qondarma olduğunu deyiblər. Onlar deyirlər ki, sadəcə xəbərləri yayırdılar.

İttihamlardan biri, fəaliyyətinə qadağa qoyulan Müsəlman Qardaşları ilə əməkdaşlıq etməkdir.

Yanvarda Misir məhkəməsi qərar vermişdi ki, jurnalistlərin işinə yenidən baxılmalıdır.

Lakin Misir rəsmisi AFP xəbər agentliyinə deyib: \”Prezidentin qərarına əsasən Peter Greste Avstraliyaya deportasiya edilməlidir\”.

Peter Greste avstraliyalıdır. Onun prodüseri Mohammed Fahmy isə Misir və Kanada vətəndaşıdır.

İnterpress.az