Ölmüş qadının soyuducusundan xəzinə çıxdıbackend

Ölmüş qadının soyuducusundan xəzinə çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərədə mərhumun evindən XVI əsrə aid daş-qaş tapılıb. 

Belə ki, ölən ingilis qadının nəvələri onun evində çox qiymətli əşyalar ola biləcəyini deyiblər. Mənzilə baxış üçün onlar auksionçu Pippa Kidson-Triqqi dəvət ediblər.

“Zərgərlik əşyalarını diqqətlə, hər yerdə axtardıq. Nəhayət, soyuducunu açarkən oradan xəzinəni tapdıq. Dondurulmuş ətin yanında 30 min funt (65 min manatdan çox) dəyərində qızıl-zinyət əşyaları var idi”, – deyə ekspert bildirib.

Tapılan qızıllar noyabrın 13-də İngiltərənin Suindon şəhərində auksiona çıxarılacaq.