Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Bələdiyyə seçkilərində iştirak etmək üçün 28 410 nəfər müraciət edib, 60-nın namizədliyi qeydə alınıb

"Bu il dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün 28 410 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı dairə seçki komissiyalarına müraciət edib".

Dərc edilib: 7 noyabr 2019 [17:32]
Baxış sayı: 1845

"Bu il dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün 28 410 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı dairə seçki komissiyalarına müraciət edib".

İnterpress.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, 14846 nəfər fərdi qaydada müraciət edib. 13 524 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 40 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

MSK sədri imza vərəqəsi götürənlərin sayını açıqlayıb: "17509 nəfərə imza vərəqəsi götürüb. Onlardan 2419 nəfəri imza vərəqəsini geri qaytarıb. Bələdiyyə seçkilərində iştirak edəcək 60 nəfərin namizədliyi qeydə alınıb".

Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib. 






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201