“Real Madrid”dəki komanda yoldaşı Qaret Beyli tənqid edibbackend

“Real Madrid”dəki komanda yoldaşı Qaret Beyli tənqid edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya \”Real Madrid\”inin futbolçusu Toni Kroos komanda yoldaşı Qaret Beyli tənqid edib.

İnterpress.az məlumatına görə, almaniyalı yarımmüdafiəçi Beylin zədədən bərpa olunmadığı halda Uels millisinə yollanmasından narazılığını bildirib. O, 30 yaşlı oyunçunun qərarını yersiz adlandırıb: \”Öz klubunda oynamadığın halda, yığmaya qoşulursan. Klubda formaya düşdüyün an milliyə dönürsən. Yəqin ki, bu, heç də yaxşı məqam deyil\”.

Kroos, millidən qayıdarkən Beylin tam formada olacağına ümid etdiyini vurğulayıb: \”Əminəm ki, onun qabiliyyətləri bizə hələ çox matçda yardımçı olacaq\”.

Qeyd edək ki, Qaret Beyl Uels yığmasına noyabrın 16-da Bakıda Azərbaycan, noyabrın 19-da isə Kardiff şəhərində Macarıstana qarşı keçirəcəkləri AVRO-2020-nin son seçmə oyunları üçün çağırılıb. Hazırda bu komanda E qrupunda 8 xalla 4-cü pillədə qərarlaşıb. Britaniyalıları final mərhələsinə vəsiqə verən 2-ci pillədən 4 xal ayırır.