Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



BŞİH Dövlət Bayrağı Günü ilə bağlı iməclik keçirib

Bakı Şəhər İcra Hakimiyyəti Dövlət Bayrağı Günü münasibətilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə Qaradağ rayonunda əsas magistral yol boyunca olan ərazidə növbəti iməclik təşkil edilib.

Dərc edilib: 9 noyabr 2019 [16:43]
Baxış sayı: 2669

Bakı Şəhər İcra Hakimiyyəti Dövlət Bayrağı Günü münasibətilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə Qaradağ rayonunda əsas magistral yol boyunca olan ərazidə növbəti iməclik təşkil edilib.

BŞİH-dən verilən məluamta görə, iməclikdə qurumların rəhbərləri və əməkdaşları, təsərrüfat xidmətlərinin işçiləri, ümumulikdə, 1000 nəfərə qədər insanın iştirak edərək 1000-dən çox yeni ağac, əsas etibarı ilə Eldar şamı, kiparis və digər ağacları əkiblər.

Ağacların əkini üçün nəzərdə tutulan ərazi daş və digər tullantılardan təmizlənib, əkiləcək ağacların və digər yaşıllıqların suvarılması üçün su xətləri çəkilib.

Ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin prioritet məqsədlərindən biridir. Son illər ərzində Azərbaycanda yaşıllaşdırılma və ətraf mühitin sağlamlaşdırılması ilə bağlı davamlı tədbirlər həyata keçirilir, geniş abadlaşdırma işləri görülür, ölkə şəhərlərində yaşıllaşdırma səviyyəsi getdikcə artır.

Dövlət Bayrağı Günündə keçirilən iməclikdə yol boyunca əkilən yeni ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.

Mövsüm ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201