Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Göyçayda maşın dirəyə çırpıldı, sürücü öldü, iki kənd işıqsız qaldı - FOTO

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Dərc edilib: 10 noyabr 2019 [13:54]
Baxış sayı: 1433

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə ötən gecə rayonun Qarabaqqal kəndində qeydə alınıb.

Kənd sakini 1984-cü il təvəllüdlü Xəlilov Anar Muxtar oğlu idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan A.Xəlilov dünyasını dəyişib.

Avtomobilin çırpıldığı  elektrik dirəyi aşıb, naqillər qırıldığı üçün iki kəndə elektrik verilişi dayanıb.

Faktla bağlı araşdırma aparılır.

Göyçayda maşın dirəyə çırpıldı, sürücü öldü, iki kənd işıqsız qaldı - FOTO

Göyçayda maşın dirəyə çırpıldı, sürücü öldü, iki kənd işıqsız qaldı - FOTO






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201