Sergey Lavrov Ermənistana rəsmi səfər edibbackend

Sergey Lavrov Ermənistana rəsmi səfər edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfər edib.

“RİA Novosti” xəbər verir ki, Lavrovun səfər proqramı erməni həmkarı Zohrab Mnatsakanyanla birlikdə Böyük Vətən Müharibəsi üzərində qələbənin 75 illiyinə həsr olunmuş sərginin açılışında iştirakla başlayacaq.

Tədbir Ermənistan Milli Qalereyasında keçiriləcək.

Nazirin İrəvana rəsmi səfəri noyabrın 11-dək davam edəcək. Ermənistanda olduğu müddətdə onun baş nazir Nikol Paşinyan və prezident Armen Sarkisyanla görüşləri, həmçinin Mnatsakanyanla danışıqları nəzərdə tutulub.