Nazirlik: Xose Bernardo evə buraxılıb, qardaşının müalicəsi davam etdirilirbackend

Nazirlik: Xose Bernardo evə buraxılıb, qardaşının müalicəsi davam etdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyi teleaparıcı Xose Bernardo və qardaşının bıçaqlanması faktə ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumatda qeyd olunur ki, Pirallahı rayonunda baş vermiş bıçaqlanma hadisəsi ilə əlaqədar Təcili Tibbi Yardıma çağırış dünən saat 18:59 da gəlib. Pirallahı rayonu Xanlar 29 ünvanından, Xose Pablo Bernardo sağ saidin kəsilmiş yarası, qardaşı 37 yaşlı Rafael Hüseynov isə qarnın çoxsaylı deşilmiş yaraları (döş qəfəsinə keçən) diaqnozu ilə 3 saylı Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Xose Bernardo ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb.

Rafael Hüseynov isə əməliyyat olunub. Hazırda müalicəsi cərrahiyyə şöbəsində palatada davam edir.

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.