Rusiyada azərbaycanlı sürücünü avtomobil vurub öldürdübackend

Rusiyada azərbaycanlı sürücünü avtomobil vurub öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Volqorad vilayətinin Kamışin rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan vətəndaşı ölüb. 

İnterpress.az xəbər verir ki, 64 yaşlı azərbaycanlı idarə etdiyi yük maşınından düşüb yolu keçərkən “Lada-Qranta” markalı avtomobil tərəfindən vurulub. 

Hadisə noyabrın 10-u, saat 5:55 radələrində baş verib. Qəza nəticəsində ağır xəsarət alan azərbaycanlı hadisə yerində ölüb. 

Məlum olub ki, ölən şəxs Azərbaycan şirkətlərindən birinə məxsus “Volvo” markalı yük maşını ilə Azərbaycandan Rusiya vasitəsilə Qazaxıstana daşımalar həyata keçirib. O, hadisə zamanı Qazaxıstandan vətənə qayıdırmış.