Masallıda iş yoldaşının boğazını kəsərək öldürən fəhlə tutuldubackend

Masallıda iş yoldaşının boğazını kəsərək öldürən fəhlə tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 10-da Masallı rayonunun Ağakişibəyli kəndi ərazisindəki evlərdən birinin həyətində kənd sakini Rafiq Gülverdiyev orada fəhlə işləyən qonşusu Bəhruz Quliyevi münaqişə zəminində bıçaqla qətlə yetirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən R.Gülverdiyev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, dünən Masallının Şərəfə kəndində evlərdən birində fəhlə işləyən Boradigah qəsəbə sakini Gülverdiyev Rafiq Elman oğlu mübahisə zəminində bıçaqla 47 yaşlı fəhlə yoldaşının, Ukrayna vətəndaşı Quliyev Bəhruz Əliheydər oğlunun boğazını kəsib.

Hadisə yerinə təcili tibbi yardım maşını çağırılsa da, həkimlər briqadası çatmamış ağır zədələnən B.Quliyev qısa zamanda həyatını itirib.