Azərbaycan millisinin oyununu kiprli hakimlər idarə edəcəklərbackend

Azərbaycan millisinin oyununu kiprli hakimlər idarə edəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi ilə Lixten Lixtenşteyn yığması arasında Avropa çempionatının seçmə oyununu idarə edəcək hakimlər açıqlanıb.

İnterpress.az xəbər verir ki, noyabrın 14-də Suqmayıtdakı “Kapital Bank Arena”da baş tutacaq matçı kiprli ədalət təmsilçiləri idarə edəcəklər. Görüşün referisi Lukas Sotiriu olacaq. Haralambos Haralambus və İoannis Lazaru yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.

Kiriakos Xristodulu isə dördüncü hakim qismində təyinat alıb.

Qeyd edək ki, matç saat 18:00-da başlayacaq.