Tərtərdə minik avtomobili traktora çırpıldı, sərnişin öldübackend

Tərtərdə minik avtomobili traktora çırpıldı, sərnişin öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərtərdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

İnterpress.az-ın verdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini Rəşid Əlizadə idarə etdiyi “VAZ-21901” markalı avtomobili qarşıda gedən kənd sakini Vüqar Hüseynovun idarə etdiyi “Belarus” markalı traktorun qoşqusuna çırpıb.

Nəticədə “VAZ-21901”in sərnişini, Ağcabədi rayon sakini Səyyarə Məhərrəmova hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.