Abşeronda bağ evindən külli miqdarda oğurluqbackend

Abşeronda bağ evindən külli miqdarda oğurluq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunda bağ evindən oğurluq olub.

Interpress.az xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.

Poladova Nuranə Asif qızı polisə müraciət edərək bildirib ki, onun S.Aşıq küçəsində yerləşən bağ evindən küllü miqdarda oğurluq edilib.

Naməlum şəxslər pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla evə daxil olaraq oradan 53 min 500 manat dəyərində məişət və geyim əşyalarını oğurlayıblar.

Faktla bağlı araşdırmalar aparılır.