Bakı metrosunda qatarlar yenə gecikdibackend

Bakı metrosunda qatarlar yenə gecikdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı metrosunda qatarların hərəkət intervalında gecikmə olub.

Bu barədə  “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, hadisəyə səbəb sərnişinlərin sayının çoxluğu olub:

“Bu gün səhər saatlarında bəzi stansiyalarda sərnişin sıxlığı yaranıb. Stansiyalarda sərnişinlər qatarların qapılarını tutub saxlayır və bu da qatarın 20-30 saniyyə gecikməsinə səbəb olur.

Qatar stansiyadan gec çıxdığı üçün tuneldə digər qatarlarla rastlaşmaması üçün sürətini azaldır. Nəticədə, bəzi stansiyalarda interval 4-5, “İçərişəhər” və “20 Yanvar” stansiyaları istiqamətində isə 5-7 dəqiqəyə çatıb. Hazırda intervalın normaya salınması üçün işlər görülür”.

B.Məmmədov bildirib ki, stansiyalarda və tuneldə heç bir qatarda nasazlıq və ya digər texniki problem yaranmayıb.