Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Nə üçün Pravda?… – Baş redaktorla müsahibə

Yeni yaradılan Pravda.az saytının təsisçisi və baş redaktoru İlkin Pirəli Teleqraf.com-a müsahibə verib.

Dərc edilib: 13 noyabr 2019 [10:21]
Baxış sayı: 1822

Yeni yaradılan Pravda.az saytının təsisçisi və baş redaktoru İlkin Pirəli Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik.

– İlkin bəy, saytın adı niyə Pravda.az-dır? Yəni, niyə azərbaycanca deyil?

– “Pravda” brend olduğu üçün seçdik. Çünki hamıya tanış addır. Təbii ki, bu, təkcə mənim qərarım deyil. Məsləhətləşmələr aparmışıq. Saytın adının nə olması o qədər də önəmli deyil, məncə. Çalışmaq lazımdır, ortaya nəticə qoyulsun. İddialıyıq, amma bacaracağıqmı? Bunu zaman göstərəcək. Bütün hallarda xəbər uğrunda mübarizə aparırıq.

– İndiki sayt bolluğunda Pravda.az-ın uğur qazanacağına inanırsınızmı?
– Təbii ki, inanmasaydım, yola çıxmazdım. Əvvəlki iş yerimdən kifayət qədər yüksək olan məvacibi qoyub çıxmışam. Saytın irəliyə gedəcəyinə əminik. Yeni layihənin həyata keçirilməsi məsələsi bir ildir müzakirə edilirdi. Həmkarlarım dedilər, kifayət qədər dəstək var, niyə çəkinirsən?!

– “Report” İnformasiya Agentliyindən niyə ayrıldınız?
– “Report”da özümə həmişə hörmət görmüşəm. Agentlik yaradılandan orada olmuşam, hər şey gözümün qarşısında olub, ona görə “Report” mənə doğmadır. İş prosesidir, aramızda narazılıq da olub.

Amma bütün bunlar iş yerimi tərk edəcək səviyyədə olmayıb. Sadəcə, düşündüm ki, daha da böyümək, yeni yol açmaq lazımdır.

– Komandanızda başqa kimlər var?
– Komanda 5 nəfərdən ibarətdir. Məndən başqa bir redaktor, 3 gənc müxbir var. Hələlik bu qədər yetərlidir, maliyyə imkanlarına uyğun olaraq kollektivi genişləndirəcəyik. Məqsədimiz əldə olunan gəlirin əhəmiyyətli hissəsini layihəyə yönəltməkdir, çünki sayt daha da böyüməlidir.

– Sirr deyilsə, saytın maliyyələşmə mənbələri necə həyata keçiriləcək?
– Təxminən 10 ildir mətbuatdayam. Bu müddət ərzində müəyyən əlaqələr qurmuşam, dostlar qazanmışam. Hazırda saytın maliyyəsi həmin insanlara bağlıdır. Danışıqlar gedir, abunəlik məsələsi də həll ediləcək.

– Pravda.az hazırkı sayt bolluğunda nə ilə fərqlənəcək? Saytda nə cür yazılar üstünlük təşkil edəcək?
– Biz xəbər lentini doldurmağa xidmət etməyəcəyik. Oxucunu da yormaq olmaz. Günə 50 xəbər olsun, amma tutarlı olsun. “Maştağa sakini ağacdan yıxılaraq xəsarət alıb” xəbəri kiməsə maraqlı deyil. Əksinə, enerji sərf olunur. Bilirəm, çətin və ağırdır, amma enerjimizi bu işə sərf edəcəyik ki, birinci olmasaq da, ön sıralarda olaq. Çalışacağıq ki, hər kəsi maraqlanıdıran məsələlərə toxunaq. Bizə heç bir məhdudiyyət qoyulmayıb, ümid edirəm, belə də davam edəcək.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 208