Bu gün Azərbaycan Kubokunun püşkü atılacaqbackend

Bu gün Azərbaycan Kubokunun püşkü atılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2019/2020 mövsümünün püşkatma mərasimi keçiriləcək.

İnterpress.az-ın məlumatına görə, AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 15:00-da başlanacaq. Püşk Premyer Liqada çıxış edən 8 komandadan əlavə, I Divizionun 4 təmsilçisi – “Zaqatala”, “Kəpəz”, “Ağsu” və “Qaradağ Lökbatan”ın iştirakı ilə təşkil olunacaq. I Divizion təmsilçilərindən \”Turan Tovuz\” və MOİK kubok mübarizəsinə qoşulmayacaq.

Onlar reytinqlərinə əsasən 3 səbətə bölünəcəklər. Əvvəlcə ötən mövsüm Premyer Liqanı 5 – 8-ci yerlərdə başa vurmuş komandaların – \”Zirə\”, \”Sumqayıt\”, \”Sabah\” və \”Keşlə\”nin təsnifat mərhələsindəki rəqibləri müəyyənləşəcək. Bu mərhələnin qarşılaşmaları bir oyundan ibarət olacaq və dekabrın 4-də keçiriləcək.

Qaliblər Premyer Liqada ilk 4 yeri tutmuş komandalarla – \”Qarabağ\”, \”Neftçi\”, \”Səbail\” və \”Qəbələ\” ilə 1/4 finalda qarşılaşacaqlar. Bu mərhələnin ilk görüşləri 15-16 dekabrda, cavab oyunları 19-20 dekabrda keçiriləcək.

Ötən mövsüm Azərbaycan Kubokunu tarixində ilk dəfə \”Qəbələ\” qazanıb.