Türkiyədə “Kıran 6” antiterror əməliyyatı başlayıbbackend

Türkiyədə “Kıran 6” antiterror əməliyyatı başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin təhlükəsizlik qüvvələri terrorçulara qarşı yeni əməliyyata başlayıb.

İnterpress.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ölkənin cənub-şərqində – Van, Hakkari və Şırnak əyalətlərində “Kıran 6” antiterror əməliyyatı başlayıb.

Əməliyyata 2360 polis əməkdaşı və jandarm, eləcə də 157 xüsusi təyinatlı dəstə qatılıb.

Qeyd edək ki, antiterror əməliyyatının birinci mərhələsi cari il avqustun 19-da başlayıb. Əməliyyat nəticəsində terrorçu PKK qruplaşmasının 10 mindən çox üzvü zərərsizləşdirilib.