Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Deputat: "Müdafiə sahəsinə daha çox vəsait ayırmaq lazımdır"

“Nə üçün bizim hərbi büdcəmiz 2023-cü ilə qədər 1,1 milyard azalır?! Bəlkə Dağlıq Qarabağ müharibəsini udmuşuq, yaxud daha hərbi əməliyyatlar keçirməyəcəyik? Yoxsa hərbi avadanlıqlar almağa artıq ehtiyac qalmayıb?”

Dərc edilib: 13 noyabr 2019 [12:54]
Baxış sayı: 1499

“Nə üçün bizim hərbi büdcəmiz 2023-cü ilə qədər 1,1 milyard azalır?! Bəlkə Dağlıq Qarabağ müharibəsini udmuşuq, yaxud daha hərbi əməliyyatlar keçirməyəcəyik? Yoxsa hərbi avadanlıqlar almağa artıq ehtiyac qalmayıb?”

İnterpress.az xəbər verir ki, bunu deputat Tahir Kərimli Milli Məclisin bu gün keçirilən plenar iclasında dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, sosial sahəyə ayrılan vəsaitin artırılması sevindiricidir: “Ancaq müdafiə sahəsinə daha çox vəsait ayırmaq lazımdır”.

O eyni zamanda, Ağsu-Şamaxı aşırımına vəsaitin ayrılmasını təklif edib: “10 illərdir ki, Ağsuya avtobus girib-çıxmır. Nə üçün insanlar 20 km-lik əraziyə gəlin köçürəndə 150-200 km yol fırlanıb cehiz aparmalıdır. Bu, seçicilərin mənlə görüşəndə səsləndirdiyi problemlərdir və həll olunması yaxşı olardı”.

Bununla yanaşı deputat maliyyə amnistisiyasının verilməsini, Azərbaycan dilinə aid elmi-tədqiqat institutunun yaradılmasının vacibliyini qeyd edib.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 208