Nardaranda konsert olubbackend

Nardaranda konsert olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi birgə həyata keçirdiyi “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub.

Mədəniyyət Nazirliyindən  verilən məlumata görə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nardaran Qəsəbə Mədəniyyət Mərkəzində reallaşan konsertdə tarzən Rəşad İbrahimov və kamança ifaçısı Təbriz Yusifovun müşayiəti ilə Beynəlxalq Muğam Mərkəzinin solistləri, muğam müsabiqəsinin qalibləri, xanəndələr Könül Xəlilzadə, Nisbət Sədrayeva, Elgiz Əliyev Nardaran sakinləri qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər.

Konsert çərçivəsində “Segah”, “Mahur”, “Şur” muğamları və təsniflər ifa ediblər.

Nardaranda konsert olub