Azərbaycan Kubokunun püşkü atılıbbackend

Azərbaycan Kubokunun püşkü atılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Azərbaycan Kubokunda 2019/2020 mövsümünün püşkü atılıb.

İnterpress.az-ın məlumatına görə, AFFA-nın inzibati binasında baş tutan tədbirdə Premyer Liqada çıxış edən 8 komandadan əlavə, I Divizionun 4 təmsilçisi – \”Zaqatala\”, \”Kəpəz\”, \”Ağsu\” və \”Qaradağ Lökbatan\”ın da rəqibləri bəlli olub. Komandalar reytinqlərinə əsasən 3 səbətə bölünüb.

Əvvəlcə ötən mövsüm Premyer Liqanı 5 – 8-ci yerlərdə başa vurmuş komandaların – \”Zirə\”, \”Sumqayıt\”, \”Sabah\” və \”Keşlə\”nin təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib. Bu mərhələnin qarşılaşmaları bir oyundan ibarət olacaq və dekabrın 4-də keçiriləcək. Qaliblər Premyer Liqada ilk 4 yeri tutmuş komandalarla – \”Qarabağ\”, \”Neftçi\”, \”Səbail\” və \”Qəbələ\” ilə 1/4 finalda qarşılaşacaqlar. Bu mərhələnin ilk görüşləri 15-16 dekabrda, cavab oyunları 19-20 dekabrda keçiriləcək.

Yarımfinal oyunları 2020-ci il aprelin 22-də və 29-da, final qarşılaşması isə mayın 16-da təşkil olunacaq.

Təsnifat mərhələsi

\”Sabah\” – \”Ağsu\”

\”Zirə\” – \”Qaradağ Lökbatan\”

\”Sumqayıt – \”Zaqatala\”

\”Keşlə\” – \”Kəpəz\”

1/4 final

1. \”Qəbələ\” – \”Sabah\” / \”Ağsu\” cütünün qalibi

2. \”Səbail\” – Zirə\” / \”Qaradağ Lökbatan\” cütünün qalibi

3. \”Neftçi\” – \”Sumqayıt / \”Zaqatala\” cütünün qalibi

4. \”Qarabağ\” – \”Keşlə\” / \”Kəpəz\” cütünün qalibi

Yarımfinal

5. 1 cütünün qalibi – 2 cütünün qalibi

6. 3 cütünün qalibi – 4 cütünün qalibi

FİNAL

5 cütünün qalibi – 6 cütünün qalibi

Daha sonra püşklə meydan sahibləri müəyyənləşib. Beləliklə, təsnifat mərhələsində \”Ağsu\”, \”Qaradağ Lökbatan\”, \”Keşlə\” və \”Sumqayıt\” meydan sahibi olacaq.

Qeyd edək ki, I Divizion təmsilçilərindən \”Turan Tovuz\” və MOİK kubok mübarizəsinə qoşulmayıbacaq. Ötən mövsüm Azərbaycan Kubokunu tarixində ilk dəfə \”Qəbələ\” qazanıb.