Gürcüstanın Milli Təhlükəsizlik Şurasına rəhbər təyin olunubbackend

Gürcüstanın Milli Təhlükəsizlik Şurasına rəhbər təyin olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Kəşfiyyat Xidmətinin rəhbəri Levan İzoria ölkənin Milli Təhlükəsizlik Şurasına sədr təyin olunub.

İnterpress.az xəbər verir ki, bu barədə şuranın baş nazir Giorgi Qaxarianın rəhbərliyi altında keçirilən ilk iclasında bildirilib.

Toplantıda ölkənin üzləşdiyi təhlükələr və regionda baş verən proseslər müzakirə olunub.

Kiber təhlükəsizlik, ərazi bütövlüyünə olan təhdidlər və işğal altında olan ərazilər məsələsinə xüsusi diqqət ayırılıb.

Qeyd edək ki, L.İzoria 2016-cı ilin avqustundan 2019-cu ilin sentyabrın 3-nə qədər müdafiə naziri olub. O, bu ilin sentyabrında Kəşfiyyat Xidmətinə rəhbər təyin olunub.