Azərbaycanda yol qəzaları ilə bağlı qorxunc statistikabackend

Azərbaycanda yol qəzaları ilə bağlı qorxunc statistika

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2019-cu ilin yanvar-sentyabr aylarında ölkənin avtomobil yollarında 1274 və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

OnlinePress.az-ın xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2,0 faiz azalaraq, 1735 nəfər olub.

Onlardan 557-si həlak olub, 1178-i isə yaralanıb.

Hadisələrin 46,2 faizi gündüz, 36,1 faizi gecə, 17,7 faizi isə toran vaxtı baş vermiş, 29,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 88,5 faizi yaşayış məntəqələrində baş verib. Bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 2,0 faiz azalaraq, 399 nəfər, yaralananların sayı isə 3,2 faiz azalaraq, 1135 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 42,0 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,7 faizi bir neçə nəqliyyat vasitəsinin, 23,3 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 79,0 faizini, yaralananların isə 74,2 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 17 hadisə baş verib.

Nəticədə, yeddi nəfər ölüb, 14 nəfər yaralanıb. Hadisələrin 70,6 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.