Maşın hasara çırpıldı, sürücü öldübackend

Maşın hasara çırpıldı, sürücü öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

İnterpress.az xəbər verir ki, hadisə Gəncə-Şəmkir yolunun 1-ci kilometrliyində qeydə alınıb.

Belə ki, Rusiya Federasiyasına məxsus “X656KT799” qeydiyyat nömrə nişanlı “Mazda3” markalı avtomobillə sözügedən istiqamətdə hərəkətdə olan sürücü Allahverdiyev Raul Qurban oğlu idarəetməni itirərək, yolun kənarındakı kiçik hasara çırpılıb. Nəticədə, sürücü R.Allahverdiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin Əliyev Fərid Rasim oğlu isə burunun üstünün çapılmış, əlin və sol dizin cırılmış yarası xəsarətləri alıb.

Faktla bağlı CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.