Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Nazirlik bələdiyyə sədrini cərimələyib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Ağstafa rayonu, Dağ Kəsəmən kəndi ərazisində tullantıların qalaqlanması və antisanitar vəziyyətin yaranması ilə bağlı daxil olan şikayət nazirliyin regional idarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Dərc edilib: 15 noyabr 2019 [11:49]
Baxış sayı: 2019

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Ağstafa rayonu, Dağ Kəsəmən kəndi ərazisində tullantıların qalaqlanması və antisanitar vəziyyətin yaranması ilə bağlı daxil olan şikayət nazirliyin regional idarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova "Report"a bildirib ki, əraziyə keçirilən baxış zamanı məişət tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, qeyri-mütəşəkkil qalaqlandığı və ətrafa qoxunun yayıldığı faktı təsdiqini tapıb.

O qeyd edib ki, faktla bağlı tullantıların idarə edilməsinə cavabdeh Dağ Kəsəmən bələdiyyəsinin sədri Ariz Bayramov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib.

Ərazinin tullantılardan təmizlənərək əvvəlki vəziyyətə gətirilməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan “məcburi göstəriş” verilib”.

Nazirlik bələdiyyə sədrini cərimələyib






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 208