Miqrasiya Xidməti: Almaniyadan 61 Azərbaycan vətəndaşı qaytarılıbbackend

Miqrasiya Xidməti: Almaniyadan 61 Azərbaycan vətəndaşı qaytarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin icrası çərçivəsində 14.11.2019-cu il tarixdə Almaniyadan ölkəmizə çarter reysi ilə 61 nəfər Azərbaycan Respublikası vətəndaşının readmissiyası (geri qaytarılması) həyata keçirilib.

Dövlət Miqrasiya Xidmətindən  bildirilib ki, onlardan 22 nəfəri kişi, 18 nəfəri qadın, 21 nəfəri uşaqdır.
Readmissiya olunan Azərbaycan vətəndaşları Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qarşılanıb.