Əliyar Ağayev AVRO-2020-nin seçmə mərhələ matçını idarə edəcəkbackend

Əliyar Ağayev AVRO-2020-nin seçmə mərhələ matçını idarə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın FIFA referisi Əliyar Ağayev AVRO-2020-nin seçmə mərhələ matçına təyinat alıb.

İnterpress.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı beynəlxalq dərəcəli hakim F qrupunun Malta – Norveç oyununu idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli olacaq. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 18-də Ta Qalidəki Milli stadionda keçiriləcək Malta – Norveç matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.