Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Əli Əhmədov: “İqtisadiyyatının imkan verdiyi çərçivədə insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq”

"Azərbaycanda qadın sahibkarlığının inkişafına xüsusi dəstək verilir".

Dərc edilib: 18 noyabr 2019 [12:14]
Baxış sayı: 1822

"Azərbaycanda qadın sahibkarlığının inkişafına xüsusi dəstək verilir".

İnterpress.az xəbər verir ki, bunu Bakıda keçirilən “Üfüqdə yeni fürsətlər: Qadın Sahibkarlara yaşıl işıq” adlı II Forumda çıxış edən Baş nazirin müavini Əli Əhmədov deyib.

“Artıq neçənci dəfədir ki, qadın sahibkarlığı ilə bağlı toplantıda iştirak edirəm. Azərbaycanda qadın sahibkarlığının daha da inkişaf etdiyini və iqtisadiyyat sahəsində qadınların iştirakının artmasının şahidi oluram”, - o qeyd edib.

Ə.Əhmədov həmçinin bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin qeyd etdiyi kimi həyata keçirilən islahatların mərkəzində insan amili durur: “Bu il ölkədə 2 mərhələdə böyük islahatlar həyata keçirilib. Minimum əmək haqqı və pensiya ciddi şəkildə (2 dəfəyə yaxın) artırılıb. Azərbaycan iqtisadiyyatının imkan verdiyi çərçivədə prezident ve hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq".

Onun sözlərinə görə, insanların rifahının yaxşılaşdırılmasında əsas istiqamətlərdən biri məşğulluğun inkişafıdır: "Burada da əsas məsələ ölkədə qadın sahibkarlığının artırılması ilə əlaqədardır. Azərbaycan qadınları bütün sahələrdə kifayət qədər yüksək fəallıq göstərməyə hazırdırlar. İqtisadiyyatın bir çox sahələrində, səhiyyədə qadınlarımızın iştirak səviyyəsi kişilərdən daha yüksəkdir. Qadının ictimai fəallığının artırılması Azərbaycan cəmiyyətinin demokratik potensialının gücləndirilməsinin vacib hissələrindən biridir. İkinci tərəfdən ailələrin təminatının yaxşılaşdırılmasında qadın sahibkarlığının inkişafının rolu böyükdür. Bununla birlikdə qadınlar Azərbaycan iqtisadiyyatına, bütövlükdə ölkənin inkişafına töhfə verirlər".






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 208