“Boko Haram”ın hücumu dəf edildibackend

“Boko Haram”ın hücumu dəf edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Müdafiə Nazirliyinin sözcüsü Kris Olukolade bu barədə məlumat verib. Onun sözlərinə görə, “Boko Haram” silahlıları böyük itki verərək geri çəkilib. Atışmalarda neçə nəfərin öldüyü bildirilməsə də mülki vətəndaşların da həlak olduğu deyilir.

Terrorçulara qarşı əməliyyatların davam etdirildiyi vurğulanıb.

Qeyd edək ki, terrorçular bazar günü səhər saatlarında Maiduquridəki ordunun mövqelərinə hücum edib. Bu, “Boko Haram”ın şəhərə daxil olmaq üçün ikinci cəhdidir.

İnterpress.az