Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



İtaliya Ermənistanı darmadağın etdi – 9:1 – VİDEO

AVRO-2020-nin seçmə mərhələsinin son turunda “J” qrupunda İtaliya millisi Ermənistan yığmasını qəbul edib.

Dərc edilib: 19 noyabr 2019 [10:30]
Baxış sayı: 1682

AVRO-2020-nin seçmə mərhələsinin son turunda “J” qrupunda İtaliya millisi Ermənistan yığmasını qəbul edib.

İnterpress.az xəbər verir ki, Palermoda keçirilən görüşdə “skudra adzurra” erməniləri 9:1 hesabı ilə darmadağın edib.

Ev sahiblərinin heyətində İmmobile və Dzanyolo dubl ediblər, Barella, Romanoli, Jorjinyo, Orsolini və Federiko Kieza hərəyə bir dəfə fərqləniblər.

Son dəfə İtaliya millisi 71 il əvvəl rəqib qapısına 9 top vura bilib: bunu italyanlar 1948-ci ildə London Olimpiadasında ABŞ yığması ilə görüşdə ediblər (9:0).

Roberto Mançininin yetirmələri ardıcıl 10 qələbə ilə AVRO-2020-nin seçmə mərhələsində 100 faizlik nəticəyə imza atıblar, qol sayları isə 37:4 olub.








Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 208