Abşeronda avtomobil piyadanı vuraraq öldürübbackend

Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə İnterpress.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 18-də saat 11 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Cəlilabad rayon sakini R.Əkbərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Cəmil Əsədovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş istintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.