Salyanda dəm qazı faciəsi: 27 yaşlı qadın öldübackend

Salyanda dəm qazı faciəsi: 27 yaşlı qadın öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyanda qadın dəm qazından boğularaq ölüb.

İnterpress.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Salyan şəhər Tale Davudzadə küçəsində baş verib.

Həmin ünvanda yaşayan 1992-ci təvəllüdlü Zəkirə Bədəlova hamamda çimərkən dəm qazında boğularaq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib.

Meyit aidiyyati üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.