Hitlerin evində polis bölməsi yerləşdiriləcəkbackend

Hitlerin evində polis bölməsi yerləşdiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adolf Hitlerin doğulduğu evdə polis bölməsi yerləşdiriləcək.

TASS xəbər verir ki, Avstriya hökuməti bu barədə qərar qəbul edib.

Braunau-am-İnn şəhərində yerləşən evin sahibinə hökumət 812 min avro (1,52 milyon manat) təzminat ödəyəcək.

Avstriyanın daxili işlər naziri Volfqanq Peşorinin sözlərinə görə, evin polis tərəfindən işlədilməsi onun nasional-sosializmlə əlaqəsini unutmağa xidmət edəcək.

İnterpress.az