Mourinyunun yeni iş yeri bəllidir – RƏSMİbackend

Mourinyunun yeni iş yeri bəllidir – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, İngiltərənin “Tottenhem” klubu komandanı beş il çalışdırmış argentinalı baş məşqçisi Maurisyo Poçetinonu istefaya göndərib.

İnterpress.az xəbər verir ki, artıq onun yerinə yeni baş məşqçi təyinatı klubun rəsmi saytı vasitəsilə açıqlanıb.

Bu, ötən ilin dekabrından işsiz olan, “Çelsi” və “Mançester Yunayted”in sabiq baş məşqçisi Juze Mourinyudur.

Qeyd edək ki, italyan mənşəli Maurisyo Poçetino 2014-cü ilin mayın 27-də “Tottenhem”lə beş illik müqavilə bağlayıb. O, ötən ilin mayın 24-də daha bir beş illik müqaviləyə qol çəkib.

Komanda onun rəhbərliyi altında ötən mövsüm ilk dəfə Çempionlar Liqasının finalına çıxıb. Lakin komandanın cari mövsüm Premyer Liqada 14-cü sırada olması istefasına səbəb olub.