Meksikada 52 çantadan 25 nəfərin meyiti tapıldıbackend

Meksikada 52 çantadan 25 nəfərin meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın Jalisko əyalətinin Tlajomulko kəndində yerləşən fermada 52 çantada beşi qadın olmaqla 25 nəfərin meyiti tapılıb.

İnterpress.az xəbər verir ki, əyalətin hüquq-mühafizə orqanlarından verilən məlumata əsasən, cinayət narko-kartel şəbəkəsi tərəfindən törədilib.

Altı meyitin ailələri tərəfindən tanındığı, digər qurbanların da şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində işlərin aparıldığı qeyd olunur.

Meksikada 2006-cı ildən narko-kartellərə qarşı aparılan əməliyyatlarda 300 min insan həyatını itirib.