Tarixin 10 ən varlı cinayətkarı – SİYAHIbackend

Tarixin 10 ən varlı cinayətkarı – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bütün insanlar pul qazanmaq üçün çalışırlar. Amma bəziləri puldan ötrü qorxunc cinayətlər törətməyə qadirdilər.

“Vestifinance.ru” dünyanın ən varlı cinayətkarlarını təqdim edir:

10-cu yer. Dennis Kozlovski – sərvəti 600 milyon dollar.

O, “Tuso İndustrial” holdinqinə daxil olan min şirkətin ümumi qazancını “biznesi genişləndirmək” adı ilə mənimsəyib.

Onun şirkətə vurduğu zərər 1,6 milyard dollar dəyərində hesablanıb və Kozlovski 25 müddətinə azadlıqdan məhrum edilib.

9-cu yer. Bernard Medoff – sərvəti 820 milyon dollar.

Tarixdəki ən böyük maliyyə piramidası sahiblərindən biri olub.

O, “Madoff Investment Securities” şirkətinin iflası zamanı bir neçə milyon fərdi sahibkar və maliyyə təşkilatlarına dəyən zərər nəticəsində 150 il müddətinə həbs edilib.

8-ci yer. Xoakin Qusman Loera – sərvəti 1 milyard dollar.

“El-Çapo” ləqəbli narkobaron dəfələrlə həbs olunduğu həbsxanadan qaçıb. Usama Bin Ladenin ölümündən sonra o, dünyada axtarılan ən təhlükəli cinayətkar hesab edilib. ABŞ höküməti onu tapana beş milyon dollar mükafat vəd edib.

7-ci yer. Al-Kapone – sərvəti 1,3 milyard dollar.

O, vergi ödəməkdən yayındığı üçün həbs edilib.

6-cı yer. Allen Stenford – sərvəti 2 milyard dollar.

“Tanford Financial Group”un sahibi investorlarının yeddi milyard dollarını itirdiklərində günahkar olduğuna görə 230 il müddətinə həbs edilib.

5-ci yer. Leona Xelmsli – sərvəti 2 milyard dollar.

“Vergini yalnız kiçik insanlar ödəyir” deyimi ilə xatırlanan biznes ledi vergi ödəməkdən yayındığı üçün həbs edilib. O, itinə 12 milyon dollar vəsiyyət edib.

4-cü yer. Karlos Enrike Rivas – sərvəti 2,7 milyard dollar.

O, Cənub-şərqi Asiya vasitəsi ilə Kolumbiyadan ABŞ-a hər gün 300 kiloqram narkotik keçirmək üçün sistem qurub.

Rivares ömürlük həbs cəzası alıb.

3-cü yer. Xun Sa – sərvəti 5 milyard dollar.

Birmada yaşayan narkobaronun narkotik ticarətindən əsas gəlir mənbəyi ABŞ olub. O, həbs olunub ABŞ-a göndərilməsin deyə könüllü olaraq Birma polisinə təslim olub və ömrünün sonun kimi həbsxanada yaşayıb.

2-ci yer. Amado Karilo Fuentes – sərvəti 25 milyard dollar.

Fuentes narkotik biznesini ABŞ, Argentina, Çili, Meksikada genişləndirib.

Barəsində həbs qərarı çıxanda tanınmamaq üçün plastik əməliyyat etdirən cinayətkar əməliyyat zamanı ölüb.

1-ci yer. Pablo Eskobar – sərvəti 30 milyard dollar.

Dünyanın ən varlı narkobaronu hesab edilən Pablo ABŞ-a narkotik daşımaqda və bir sıra xüsusi amansızlıqla törədilmiş cinayətlərdə günahlandırılıb.

Əhalinin məhəbbətini qazanıb tərəfdaşlarının sayını artırmaq məqsədi ilə Pablo çox sayda kasıbı evlə təmin edib.