Qaret Beylin Uels millisinin uğurunu bayram etmək forması “Real Madrid” rəhbərliyinin narazılığına səbəb olubbackend

Qaret Beylin Uels millisinin uğurunu bayram etmək forması “Real Madrid” rəhbərliyinin narazılığına səbəb olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaret Beylin kapitanı olduğu Uels millisinin AVRO-2020-yə vəsiqə qazanmasını xüsusi formada bayram etməsi İspaniyanın “Real Madrid” klubunun rəhbərliyi tərəfindən narazılıqla qarşılanıb.

İnterpress.az  ESPN-ə istinadən xəbər verir ki, 30 yaşlı hücumçu Macarıstan yığmasını Kardiffdə 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra komanda yoldaşları ilə birgə üzərində “Uels, Golf, Madrid …Bu qaydada” sözləri yazılmış Uels bayrağı ilə rəqs edib. Bu isə Madrid təmsilçisinə mesaj kimi yozulub.

Qeyd edək ki, daha öncə “Real Madrid”in sabiq futbolçusu Predraq Miyatoviç Beylın pioritetinin “Uels, Golf, Madrid” olduğunu söyləmişdi.

İnterpress.az