Qurban kəsdiyi üçün barəsində cinayət işi açılan azərbaycanlı Rusiyadan deportasiya olundubackend

Qurban kəsdiyi üçün barəsində cinayət işi açılan azərbaycanlı Rusiyadan deportasiya olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qoyun başı kəsdiyi üçün barəsində cinayət işi açılan azərbaycanlı Lütfulla Rzayev Rusiyadan deportasiya edilib.

İnterpress.az-ın verdiyi xəbərə görə, Sank-Peterburq polisi onun hərəkətində qəddarlıq əlaməti olmadığını bildirib.

Buna baxmayaraq, o deportasiya edilib və 2022-ci ilin 19 noyabrına qədər, üç il müddətində Rusiyaya gələ bilməyəcək.

Xatırladaq ki, azərbaycanlıya oğluna toy edəndən sonra yaşayış binasının həyətində qurban kəsdiyi iddiası ilə cinayət işi açılmışdı.

İnterpress.az