Çavuşoğlu Avropa Parlamentinin rəhbəri ilə görüşündən sonra onu ikiüzlülükdə ittiham etdibackend

Çavuşoğlu Avropa Parlamentinin rəhbəri ilə görüşündən sonra onu ikiüzlülükdə ittiham etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Parlamentinin rəhbəri David Sassolinin onunla görüşündən sonra verdiyi açıqlamaları ikiüzlülük adlandırıb.

Sassoli bildirib ki, görüş zamanı guya Türkiyənin Suriyadakı əməliyyatını və ölkənin Suriya qaçqınlarına görə Avropa Birliyinə təzyiqini pisləyib.

Türkiyənin xarici işləır naziri bu barədə özünün “Twitter” dəki səhifəsində yazıb:

“Avropa Parlamenti rəhbərinin üzümə deyə bilmədiyi bəzi şeyləri sonradan həqiqət kimi paylaşması Avropa Parlamentinin qeyri-səmimiliyini və ikiüzlülüyünü bir daha nümayiş etdirir”.

Çavuşoğlunun sözlərinə görə, Avropa xalqlarını təmsil edən yüksək vəzifəli şəxsin yalan danışması utandırıcı haldır.