Qızları tərəfindən qətlə yetirilən Xaçaturyanın cinayətlərini prokuror-həmyerlisi ört-basdır edib – FOTObackend

Qızları tərəfindən qətlə yetirilən Xaçaturyanın cinayətlərini prokuror-həmyerlisi ört-basdır edib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qızları tərəfindən qətlə yetirilən Mixail Xaçaturyan törətdiyi cinayətlərdən boyun qaçırmaq üçün dəfələrlə Rusiyanın baş prokurorun sabiq müavini Saak Karapetyana müraciət edib.

“Life” xəbər verir ki, Xaçaturyanın prokuror-həmyerlisi və Moskvanın Şimal-şərq adminisrativ dairəsinin prokuroru Anri Rizayev ilə yazışmaları üzə çıxıb.

Yazışmalarda öldürülən erməni avtoriteti həmsöhbətlərinə “qardaş” deyə müraciət edib, onlara təbrik və hədiyyələr ünvanlayıb.

Qızları tərəfindən qətlə yetirilən Xaçaturyanın cinayətlərini prokuror-həmyerlisi ört-basdır edib - FOTO

Yazışmalardan məlum olur ki, S.Karapetyan kriminal həmyerlisini himayə edib və A.Rizayevin də Xaçaturyanın xahişlərini yerinə yetirməsini təkid edib.

Saak Karapetyan  2016-2018-ci illərdə Rusiya baş prokurorunun müavini vəzifəsində çalışıb. Ötən il o vertolyot qəzasında dünyasını dəyişib.

Qızları tərəfindən qətlə yetirilən Xaçaturyanın cinayətlərini prokuror-həmyerlisi ört-basdır edib - FOTO